Bu günə xəbərlərin oxunma sayı: 1193
— 29.05.2017 13:59

Kitabsevərlər Gəncədə bir araya gəlib

KepezTV Player

Səbəb görkəmli yazıçı İlyas Əfəndiyevin 103 illiyini bədii gecədə qeyd etmək olub. Gəncə Kitab Klubunda toplaşanlar nasirin yaradıcılığına baş vurub, onun milli ədəbiyyata xidmətlərindən söz açıblar. Dramaturqun həyat yolu göstərilən videoçarxda da öz əksini tapıb. Mütaliəyə marağı olanlar xalq yazıçısı İlyas Əfəndiyevin "Geriyə baxma, qoca" əsərinin müzakirəsini də ediblər.

Ülviyyə Mahmudova- Gəncə Kitab Klubunun sədri: “Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan İlyas Əfəndiyev bu gün də sevilə-sevilə oxunur. Onun əsərlərinə səhnələşdirilən ekran işləri və tamaşalar maraqla izlənilir. Onun əsərləri gənc nəslin yetişməsində əvəzsiz rol oynamaqdadır”.

 

Fərid Mehidizadə