• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 05.11.2014 20:57

6-cı sinif şagirdi yolu keçmək istədi, amma...

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Xaçmaz rayonu, Xudat şəhərində qeydə alınıb. Mirzə Fətəli Axundov adına küçədə 30 yaşlı Saleh Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən 11 yaşlı Məhəmməd Nəbiyevi vurub. Piyada hadisə yerindəcə keçinib. Xatırladaq ki, azyaşlı orta məktəbin 6-cı sinif şagirdidir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.