• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 05.11.2014 18:37

Bakı sakinindən külli miqdarda saxta pul götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanan 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq  əskinası Göytəpə şəhərində satarkən tutulub. Xatırladaq ki, saxlanılan şəxsdən ümumilikdə 24862 manat saxta pul müsadirə olunub. Faktla bağlı araşdırma aparılır.