• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2506
— 05.11.2014 18:37

Yenə sürət, yenə qəza...

Ötən gecə Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə Nərimanov rayonu ərazisində, Koroğlu Metrostansiyasının yaxınlığında, Gön Dəri Fabrikinin qarşısında baş verib. 33 yaşlı Elnur Məsimov «Opel» markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yol kənarında dayanan «Şaqman» markalı yük maşınını arxadan vurub. Qəza nəticəsində açıq kəllə beyin travması alan «Opel»in sürücüsü təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Növbətçi həkim Azər Zeynalovun verdiyi məlumata görə, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır stabildir. Qəzanın baş vermə səbəblərinə gəlincə isə ərazidə müayinə aparan yol patrul xidmətinin əməkdaşları hadisənin yüksək sürət nəticəsində baş verdiyi qənaətinə gəliblər. Faktla bağlı araşdırma aparılır.