• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 05.11.2014 18:35

Hərbi xidmətə hazırlaşan gənc 34 yaşlı qonşusuna 4 bıçaq xəsarəti yetirib

Ötən gecə paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hərbi xidmətə hazırlaşan gənc 34 yaşlı qonşusuna 4 bıçaq xəsarəti yetirib.

Natiq Şahbazov küçəsində yaşayan 34 yaşlı Rafiq Məmmədovu qonşusu Fuad adlı şəxs bıçaqlayıb. Taksi fəaliyyəti ilə məşğul olan Rafiqi tanışı 1 saylı klininiki tibbi mərkəzə çatdırıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı dərhal əməliyyat olunub. Zərərçəkənin qohumlarının verdiyi məlumata görə, Fuad adlı şəxs Rafiqin evinin qarşısında onun çiyin nahiyəsindən qəfildən bir neçə dəfə bıçaqla zərbə endirib. Qonşular cinayəti törətməkdə şübhəli bilinən Fuadın tüfeyli həyat tərzi keçirdiyini bildiriblər. Orta məktəbi yeni bitirib hərbi xidmətə hazırlaşan gənc nənəsi ilə bir evdə yaşayır. Hadisə şahidlərinin sözlərinə görə, qonşusunu bıçaqlayan Fuad tez-tez nənəsini də döyürmüş. Faktla bağlı 21-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.