• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4917
— 05.11.2014 18:34

Quba rayonunda doğuş zamanı ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Qusar rayonunun Hil-oba kənd sakini, 35 yaşlı  Zərnişan Aslanova Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, Zərnişan Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olub və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş verən qanaxma ilə əlaqədar əməliyyat olunub, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.