• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 05.11.2014 18:02

Gəncənin "Kəpəz" klubu Bakının MOİK kollektivini qəbul edəcək

Oyundan öncə bu gün son məşqinə çıxan meydan sahiblərinin hazırlıq prosesi yüksək əhval-ruhiyyədə keçib. 9-cu turda "Lokomotiv" üzərində qazanılan qələbə gəncəli futbolçulara əlavə stimul verir. Komandanın heyətində cəmi 1 itki var. "Hərbiçilər"lə qarşılaşmada müdafiəçi Vasif Mehrəliyev forma geyinə bilməyəcək. Buna səbəb futbolçunun sarı vərəqə limitini doldurmasıdı. Çimərlik futbolu üzrə yığma komandanın heyətində Dubayda təlim-məşq toplanışında iştirak edən qapıçı Davud Kərimi artıq düşərgəyə qoşulub. Sonda qeyd edək ki, Gəncə şəhər stadionunda baş tutacaq "Kəpəz" - MOİK görüşü saat 13:00-da başlayacaq.