• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3657
— 05.11.2014 16:37

Azərbaycan Elmi- Tədqiqat İpəkçilik İnstitutu nəzdində yaradılan arıçılıq laboratoriyasında bəslənən arılar üçün indidən yem bazası hazırlanır

İnsan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən arı məhsullarının keyfiyyəti çox önəmlidir. Balın keyfiyyəti isə çiçəkdən çəkilən nektardan asılıdır. Ona görə də dağlıq ərazilərdə istehsal olunan balla Aran bölgələrinin balı fərqlənir. Azərbaycan Elmi- Tədqiqat İpəkçilik İnstitutunun  nəzdində yaradılan  arıçılıq  laboratoriyasında bəslənən arılar üçün indidən yem bazası hazırlanır.

Balın hazırlanması üçün ən əlverişli zaman yaz sayılır. Çünki, yazda bir çox ağaclar çiçək açır. Lakin gözlənilməz hava şəraiti bəzən təbiətin qanununu pozur. Bu səbəbdən də Azərbaycan Elmi- Tədqiqat İpəkçilik İnstitutu yüksək məhsul əldə etmək məqsədilə indidən arılara yem bazası hazırlayır.  

Allahverdi Seyidov- Azərbaycan Elmi- Tədqiqat İpəkçilik İnsitutunun direktoru: "Dünya praktikasını əsas götürərək bal verən özül deyilən ərazidə bu sahəni yaratdıq. Hazırda burda akasiya ağacları, nar bitkisidir, tut ağacları, söyüd ağacı və bir neçə belə ağaclar becərilir. Bundan da tez fayda verən ən çox yonca bitkisidir. Yay vaxtı havalar isti keçəndə belə yonca bitkisi heyvandarlıqda da əhəmiyyət kəsb edir geniş ərazilərdə əkmişik. Yonca ilə bərabər xaşa deyilən bitki var. Arı da onun nektarından istifadə edə bilir".

Ərazidə eyni zamanda bala təbii ətir verən rozmarin bitkisinin əkini də aparılır. Bundan başqa qanqal, viyan, xaşa bitkisi də əkilib.

Aidə Ramizqızı