• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3578
— 05.11.2014 12:51

Tovuz sakinləri xurmanın builki məhsuldarlığından razıdırlar

Yağmurlu hava xurma yığımına mane olsa da, bu tovuzlu kəndliləri narahat etmir. Səbəb min bir əziyyətlə becərdikləri xurmanın bol məhsuldarlığı və ötən ilə nisbətən baha satışıdır.

Tovuzun Alakol kəndində xurmanın becərilməsinə maraq böyükdür. Kəndlilər yeşiklərə yığdıqları məhsulu 7 manata satırlar ki, bu da ötən illə müqayisədə daha sərfəlidir. Alakoldan yığılan xurma elə həyətlərdə qablaşdırılaraq Rusiya bazarlarına göndərilir.

Rayonda xurmanın şişburun, yastı və ağız büzməyən növləri  yetişdirilir. Kənd sakinlərinin sözlərinə görə, bu meyvə yağmursuz, günəşli havada toplanmalıdır ki, tez xarab olmasın. Hazırda məhsul tam dəyməmiş yığılsa da soyuq havada tam yetişəcək. Tovuzda 200 hektardan çox xurma bağları mövcuddur. Əsasən həyətlərdə becərilən xurmanın gələcəkdə açıq sahələrdə əkilməsi də planlaşdırılır.

Rahim İbrahimoğlu