• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 05.11.2014 11:44

Marina Durunda şərəfini qoruduğu komandanın turnir cədvəlində mövqeyini yaxşılaşdırmasına töhfə verib

Bədii gimnastika üzrə İtaliya çempionatında çıxış edən azərbaycanlı idmançı Marina Durunda şərəfini qoruduğu komandanın turnir cədvəlində mövqeyini yaxşılaşdırmasına töhfə verib. “Harmoniya di Abrutso” klubunun heyətində mübarizə aparan Durunda topla hərəkətlərdə hakimlərdən 17.950 xal alıb. Bu topla çıxışda gimnastlara verilən ən yüksək bal olub. Marinanın uğurlu çıxışı sayəsində komandası 2-ci pilləyə yüksəlib. Çempionatda növbəti mərhələnin yarışları noyabrın 14-16-sı tarixlərində keçiriləcək.