• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 05.11.2014 11:41

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun görüşlərinə yekun vurulacaq

 Son oyun günündə E, F, G və H qruplarının qarşılaşmaları baş tutacaq.

E qrupunda 9 xalla lider olan və ilk oyunda "Roma"nı İtaliya paytaxtında 7:1 kimi birabırçı hesabla üstələyən "Bavariya" cavab görüşünün də favoriti hesab olunur. Münhen kollektivi qələbə qazanacağı təqdirdə vaxtından əvvəl növbəti mərhələni özü üçün təmin etmiş olacaq. Qrupun digər oyunu 2 xalı olan "Mançester Siti" və 1 xalla sonuncu pillədə qərarlaşan Rusiyanın MOİK komandaları arasında oynanılacaq.

F qrupunda "Ayaks" - "Barselona" və PSJ - APOEL qarşılaşmaları reallaşacaq. 7 xalla qrupa rəhbərlik edən Paris klubu və 6 xalla ikinci sırada qərarlaşan katalonlar bu görüşlərdə yalnız qələbə haqda düşünürlər. F qrupunda "Ayaks"ın 2 Kipr təmsilçisi APOEL-in isə 1 xalı var.

7 xalla G qrupunda hegemonluq edən "Çelsi"  "Maribor"un qonağı olacaq. İlk görüşdə Londonda 6 cavabsız qolla uduzan sloveniyalılar cavab oyununda acı məğlubiyyətin revanşını almağa çalışacaq. Qrupun növbəti görüşündə ikinci sıradakı "Şalke" autsayder "Sportinq"lə üz-üzə gələcək.

H qrupunun birincisi "Porto" bu tur "Atletik Bilbao" səfərinə yollanıb. İlk oyunda 2:1 qələbə qazanan portuqaliyalıların cavab oyununda da qələbə qazanması istisna olunmur. Qrupun digər görüşündə, postsovet derbisində "Şaxtyor" - BATE ilə qarşılaşacaq.