Bu günə xəbərlərin oxunma sayı: 900
— 05.05.2017 15:17

Samuxda kitab bayramı keçirilib

KepezTV Player

Samuxda kitabsevərlərin bayramı olub. “Kitab bayramı”nda oxuculara 100-dən çox müəllifin 500 adda kitabı təqdim olunub. Təşkilatçılar bu yolla müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmağa, maarifləndirməyə və kitabların təbliğinə nail olmağa çalışıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbirdə Azərbaycanın ən son tarixini əks etdirən nəşrlər daha çox diqqət çəkib. Kitab bayramı maraqlı bədii hissə ilə davam edib. Məktəblilərin səsləndirdiyi şeirlər, ifa edilən rəqslər alqışlara səbəb olub.  

Şəhla Abdullayeva- Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: “Samux rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin kollektivi hər il olduğu kimi cari ildə də ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı kitab bayramı keçirir. Əsas məqsədimiz dahi şəxsiyyət Heydər Əliyev və prezident İlham Əliyevin gördüyü işləri oxuculara çatdırmaqdır”.

 

Natiq Hüseyn