Bu günə xəbərlərin oxunma sayı: 900
— 05.05.2017 13:29

Gəncədə gənc pianoçuların Respublika müsabiqəsinə seçim turu keçirilib

KepezTV Player

Qərb bölgəsindən 80-ə yaxın pianoçunun qatıldığı müsabiqə, hər üç ildən bir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir. 3 yaş qrupu üzrə bölünən yeniyetmələr əsasən klasssik musiqilər ifa ediblər. Seçim turunda münsiflərin tələblərinə cavab verənlər mayın 23-də keçiriləcək ikinci turda iştirak etmək hüququ qazanacaq. Hər iki turun nəticələri təhlil olduqdan sonra müsabiqənin qalibləri təyin olunacaq. Qaliblərin mükafatlandırılması və onların yekun konserti isə iyun ayında Bakı şəhərində keçiriləcək.

Natiq Mustafayev- Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri: “Məqsəd də Respublikamızda incəsənət, mədəniyyət təhsilinin, bədii təhsilin inkişaf etdirilməsi, istedadların aşkara çıxarılması, onların dəstəklənməsi, mükafatlandırılması onların perspektivlərinin müəyyənləşdirilməsindən ibarətdi”.

Nərminə Quluyeva- Bakı Musiqi Akademiyasının professoru: “Musabiqə ilə paralel olaraq ustad dərslər təşkil eləmişik. Ustad dərslərində  bir çox uşaqlar müəllimləri ilə gəlib, o ustad dərsləri keçiblər. Çox dəyərli məsləhətlər alıblar”.

 

Elnur Vahidoğlu