• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 04.11.2014 18:36

Şəmkirdə yerli idmançılarla rayon rəhbərliyinin görüşü keçirilib

Tədbirdə son illlər rayonda idman sahəsində əldə edilən uğurlar barədə fikir mübadiləsi aparılıb. Məşqçilər, güləş, taekvando və cüdo idman növü üzrə dünya və avropa çempionlarının iştirak etdiyi yığıncaqda  rayonun iki böyük qəsəbəsində müasir tələblərə uyğun yeni stadionların inşa olunduğu, güləş məktəbi, Olimpiya idman kompleksinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Ötən illər ərzində yerli idmançıların ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olması təqdirəlayiq hal kimi qiymətləndirilib. Sonda məşqçi və idmançılar həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.