• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2976
— 04.11.2014 17:55

DİN Goranboyda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb. Məlumata görə, xəbərdə noyabrın 3-də Goranboy rayonunun Safıkürd kəndində Afiq Hüseynovun yaşadığı evin həyətində özünü asdığı, hadisə yerinə gələn atası Müzəffər Hüseynovun isə infarktdan öldüyü qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Goranboy rayonunda faciəli hadisə oktyabrın 1-də baş verib. Rafiq Hüseynov toyundan bir necə gün sonra həyat yoldaşına qarşı zorakılıq edib. Nəticədə yeni gəlin atası evinə qayıdıb. Rafiq Hüseynov arvadından evə qayıtmasını tələb edib. Ailə isə qızlarını geri göndərməyəcəyini bildirib. 

Dırnaqarası kürəkən gecə saat 5 radələrində həyat yoldaşının ata evinə basqın edərək qumbara atıb. O, evdə olan 7 nəfəri öldürüb, 2 nəfər isə yaralanıb. Ölənlərdən biri 3 yaşlı uşaq olub.