Bu günə xəbərlərin oxunma sayı: 918
— 30.04.2017 14:32

Qəbələ Qızıl Balıqartırma Zavodunda son 10 ildə bir milyondan çox balıq yetişdirilib

Azərbaycan Xəzərətrafı ölkələr arasında dənizə buraxılan körpə balıqların sayına görə, Rusiyadan sonra ikinci yeri tutur. Qəbələ Qızıl Balıqartırma Zavodu Xəzər dənizində, Kür çayında və daxili su hövzələrində qızıl balıq növləri ehtiyatının bərpa edilməsi və artırılması, habelə qorunub saxlanılması funksiyalarını həyata keçirir. 1969-cu ildən bu yana hər il Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən minlərlə  balıq su hövzələrinə buraxılır. Burada körpə balıqlar gündə 4 dəfə olmaqla yemlənir və həftədə bir dəfə duzlu suda dezinfeksiya olunur. Çəkisi 1 qrama çatdıqda isə saxlanıldıqları hovuzlardan çıxarılaraq dairəvi hovuzlara, 5-6 qram olduqda isə farel kanallarına köçürülür. Balıqlar 15-17 qram çəkiyə qədər yetişdirildikdən sonra Qaradağ Təcrübə Sınaq Zavoduna göndərilir. May ayına qədər yemlənən balıqlar 60-80 qram çəkiyə çatdıqdan sonra isə Xəzər dənizi və Kür çayına buraxılır.

Müəssisə bu il 63 olmaqla son 10 ildə bir milyondan çox balıq yetişdirməyə nail olub. Burada eyni zamanda nərəkimilər də yetişdirilir. Dəniz səviyəsindən təqribən min metr hündürlükdə bu cinsin uğurla yetişdirməsi təcrübəli mütəxəssis və bioloqların zəhməti sayəsində mümkün olub. Yetişdirilən balıqlar Xəzər dənizinə buraxılır. Məqsəd dənizdə ekoloji tarazlığı qorumaqdır.