Bu günə xəbərlərin oxunma sayı: 669
— 30.04.2017 14:36

Bərdədəki balıqçılıq təsərrüfatında yetişdirilən balıqların əksəriyyəti Rusiyadan gətirilir

Bərdədəki balıqçılıq təsərrüfatında müxtəlif növdən olan balıqlar yetişdirilir. Bu balıqların əksəriyyəti Rusiyadan gətirilib. Bəslənən canlılar əsasən daxili bazara çıxarılır. 

Bərdə rayonunun Samux kənd sakini Kamran Şəfiyev ölkəmizin sularına xas olan və olmayan balıqlar bəsləyir. Təsərrüfatda karp cinsinin 7, nərə cinsinin isə 11 növü saxlanılır.

Təsərrüfatda biri-birindən fərqli balıqlara yetişdirilir. Bu balıqlar daha tez böyüyür və kürü verirlər. Belyuqa adlı balıq 200-300 kiloqrama qədər çəki verə bilir.

Kamran Şəfiyev-Balıq bəsləyən: “Belyuqa kürüsünü verir 15 ilə 18 ilə, amma ən tez böyüyən növlərdən biridir, nərəkimilərdən. Amma tutaq ki, sevryuqanı götürək biz, sevryuqa kürüsünü verir 6 ilə. Görürsüz fərq nə qədər böyükdür bunlarda. Həm də böyümələrində çox fərq var”.

Bu təsərrüfatda ölkəmizə xas olmayan balığa da rast gəlmək mümkündür. Satış üçün nəzərdə tutulan balıqlar çəkisi 2-3 kiloqrama çatana qədər bəslənilir. İnkubasiya da elə bu təsərrüfatda aparılır. Təsərrüfatdakı balıq növləri əsasən Rusiyadan gətirilib. Satış zamanı karp növlü balıqların bir kiloqramı 5 manata təklif olunur. Hazırda bazarlarda alıcılar sazan, belamor kimi balıqlara üstünlük verirlər. Onlar bunun səbəbini həmin balıqların daha dadlı olmaları ilə əlaqələndirirlər.

Elmir Həsənov