• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 04.11.2014 18:22

Qeyri-rəsmi yaşadığı qadının pullarını oğurlayan kişi saxlanılıb

Paytaxt polisi qeyri-rəsmi yaşadığı qadının bankomat kartına göz dikən kişini saxlayıb. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı Sənan Hüseynov Fatimə Səfərovaya məxsus bankomat kartından mütamadi olaraq ondan xəbərsiz pul çıxarıb.

Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini 23 yaşlı Sənan Hüseynov yaxalanıb. Saxlanılan şəxs tanışı Fatimə Səfərovaya məxsus bankomat kartından pul çıxarmaqda şübhəli bilinir. Mütəmadi olaraq Fatimə Səfərovanın evinə gedib-gələn Sənan Hüseynov zərərçəkənin mənzilindəki kartı götürərək bankomatlardan pul çıxarıb kartı yerinə qoyurmuş.

Saxlanılan şəxslə münasibətləri pozulan Fatimə Səfərova ondan şübhələnərək kartı yoxlamaq qərarına gəlib və pullarının oğurlandığını görüb. Saxlanılan Sənan Hüseynov ifadəsində törətdiyi əməli etiraf edib. O, götürdüyü pulları şəxsi istifadəsi üçün xərclədiyini bildirib.

Faktla bağlı Səbail rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.