• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 04.11.2014 18:15

Abşeron rayonunda üzərində narkotik vasitə aşkarlanan keçmiş məhbus saxlanılıb

Abşeron rayon polis şöbəsinin əməliyyatçıları qanunsuz narkotik maddə əldə etmədə və daşımada şübhəli bilinən Sumqayıt şəhər sakini Rauf Xankişiyevi saxlayıb.

Əslən Xızı rayonundan olan hazırda isə Sumqayıtda yaşayan Rauf Xankişiyevi polis əməkdaşları Xırdalan şəhərində saxlayıb. Əməliyyatçılar 55 yaşlı Raufun üzərində qurudulmuş marixuana aşkarlayıb. 

Əvvələr oğurluq etdiyinə görə ömrünün 10 ilini həbsxanalarda keçirən Xankişiyev narkotik vasitə alüdəçisidir. Bildirdiyinə görə, üzərindən aşkarlanan 300 qramdan artıq marixuananı da satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün alıbmış.

Rauf Xankişiyev barəsində Abşeron rayon polis şöbəsində CM satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldəetmə və daşıma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.