Bu günə xəbərlərin oxunma sayı: 833
— 27.04.2017 12:45

Ağdabanlı şair Dədə Şəmşirin həyat və yaradıcılığının 124-cü ildönümü qeyd olunub

KepezTV Player

Azərbaycanın Əməkdar incəsənət xadimi və şərəf ordeni kimi fəxri adlara layiq görülən Aşıq Şəmşirin 100 ildən çox yaşayan klassik yaradıcılığına nəzərə salınıb. Məqsədi milli mədəniyyətimizi və mədəni incilərimizi yaşatmaq, Aşıq Şəmşir yaradıcılığının öyrənilməsinə, onun irsinin qorunmasına kömək etməkdir.

Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük töhfələr verən Ağdabanlı şair Dədə Şəmşirin həyat və yaradıcılığının 124-cü ildönümü qeyd olunub. Klassik aşıq şeirinin ustadından olan və aşıq sənətinin memarlarından hesab olunan aşığın Kəlbəcərdə Azərbaycanın tanınmış şairi və yazıçıları ilə görüşlərinə nəzər salınıb. Qeyd olunub ki, xalq şairi Səməd Vurğunun kəşfi sayılan Aşıq Şəmşirin yüzlərlə el bayatılarını, şeir və və dastanları yaşadaraq gənc nəslə ötürülməsində böyük əməyi olub. Çıxışlarda 1993-cü ildə erməni işğalı nəticəsində aşığın Ağdaban kəndindəki evində əlyazmalarının və külliyatının yandırılaraq məhv edilməsinə baxmayaraq Dədə Şəmşirin az miqdarda qorunan qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtəlif bağlamaları bu gün də yaşamaqda davam edir.

Həqiqət Şükürova- “Aşıq Şəmşir” Mədəniyyət Ocağı"-nın layihə rəhbəri: “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-i yarandığı gündən mədəniyyətimizin təbliği istiqamətində 700-dən çox layihə həyata keçirib. Aşığın bu günə kimi qorunan əlyazmaları və öz səsi ilə ifa etdiyi 75 aşıq havası disk halına salınaraq hazırlanıb. Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaqdır”.

Ağdabanlı şairin 2010-cu ildən adına təsis olunan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycanın incəsənət istiqamətində fəaliyyətinə görə, UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib. Aşığın anım tədbirində İctimai Birliyin fəaliyyətində yaxından iştirak edən, aşığın yaradıcılığına töhfəsini verən bir qrup şəxsə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı tərəfindən fəxri diplomlar təqdim olunub. Anım tədbirində Dədə Şəmşirin həyat və yaradıcılığına həsr olunan film də ictimaiyyətə nümayiş etdirilib.

 

Xaliq Qurbanlı