• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 04.11.2014 18:09

Qonşusunun avtomobilini qaçıran şəxs həmin maşınla qəza törədib

Qaxda qonşusunun avtomobilini qaçıran şəxs Zaqatalada qəza törədib.
Ancaq uzağa qaça bilməyib. Qəzada xəsarət alan həmin şəxs polis nəzarəti altında müalicə alır.

Qaxda avtomobil oğurluğu baş verib. Şəhər sakini Məhəmməd Kərimov avtomobilinin yoxa çıxdığı barədə polisə məlumat verib.

Dərhal əməliyyat qrupu yaradılıb. Avtomobilin Zaqatala istiqamətində hərəkət etdiyi müəyyən olunub. Ardından Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi xəbəri gəlib. Məlum olub ki, qəzaya düşən avtomobil həmin oğurlanan avtomobil olub. Onu qaçıran isə Kərimovun qonşusu Eldar Poladov olub. O, Balakən istiqamətində hərəkətdə olarkən Şükran Məmmədovun idarə etdiyi avtomobili vurub. İdarəetmənin itirilməsi nəticəsində avtomobil yolun sol kənarına çıxaraq Ramazan Qurbanovun həyətyanı sahəsinin daş hasarını uçurub, daha sonra ağaca çırpılıb. Polis onu saxlayıb və Qax RPŞ-ə təhvil verib. Çənəsindən xəsarət alan Eldar hazırda Qax Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Qeyd edək ki, Eldar əvvəllər də məhkumluq həyatı yaşayıb. Hadisəni törədən zaman onun içkili olduğu bildirilir. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.