• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4353
— 04.11.2014 18:04

Gəncədə iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə baş verib.

Şəhər sakini, 21 yaşlı Vilayət Cabbarov dostu, 22 yaşlı Şahin Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Zərərçəkmiş döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, iki dost bir yerdə yemək yeyən vaxt aralarında mübahisə yaranıb, elə hadisə də bu səbəbdən  baş verib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.