• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4178
— 04.11.2014 16:05

“Araz Naxçıvan” futbolçularının işsiz qalma təhlükəsi var

“Araz Naxçıvan” futbol klubunun fəaliyyətini dayandırması komandanın heyətində olan futbolçuların işsiz qalması ilə nəticələnə bilər. Muxtar Respublika təmsilçisinin dağılmasından sonra oyunçular qışa kimi klubsuz qalmaq təhlükəsi ilə üzləşib. Hələ ki, qısa istirahətə buraxılan futbolçular evdə vəziyyətin necə nəticələnəcəyini gözləyirlər. “Araz Naxçıvan”ın gəncəli kapitanı Kamal Bayramov belələri arasındadır. Qapıçı azad transfer alaraq özünün və komanda yoldaşlarının digər klublara keçidlərində problemin yaranmayacağına ümid edir.

 

Kamal Bayramov- “Araz Naxçıvan”ın kapitanı: “Belə bir vəziyyətdə bu qədər futbolçunun çoldə qalması yaxşı hal deyil. Azad transfer kimi digər klublara keçidimizə şərati yaradılmalıdır. Futbolçuların günahı yoxdur”.