Bu günə xəbərlərin oxunma sayı: 833
— 22.04.2017 16:24

Gəncədə fransız dilində tamaşa nümayiş olunub

KepezTV Player

Frankofoniya həftəsi çərçivəsində Gəncədə fransız dilində tamaşa nümayiş olunub. Gəncə Dövlət Universitetinin tələbələri “Ulduz” tamaşasından parçalar səhnələşdiriblər. Eləcə də təqdim olunan rəqslər, musiqi nömrələri fransız mədəniyyətini elə fransızca qavramaq imkanı yardıb. “Frankofoniya bayramı”na gənclərin marağına toxunan təşkilatçılar bunu müsbət hal kimi dəyərləndirərək multikultural Azərbaycanda bütün xalqların və millətlərin dininə və dilinə hörmətlə yanaşıldığını önə çəkiblər. 

Mehman Abbaszadə