• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 04.11.2014 13:28

Qadın həndbolçulardan ibarət ABU klubu avrokuboklardakı hər iki oyununu səfərdə keçirəcək

Qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan komanda “Çelenc Cup”da mübarizəsinə Serbiyada start verəcək. 

Bakı klubu yarışa 1/16 finalda yerli “Srvena Zvezda” ilə iki dəfə görüşəcək. Noyabrın 15-dəki görüşdə serbiyalılar, ertəsi gün baş tutacaq matçda ABU formal meydan sahibi olacaq. Hər iki oyun Belqradda keçiriləcək. İlk oyun Bakı vaxtı ilə 23:15-də, cavab matçı isə 20:15-də başlayacaq. 

Qarşılaşmaları Bosniya və Herseqovinadan olan hakimlər Aleksandr Yoviçlə Nedim Arnautoviç idarə edəcək. Sloveniyalı Anya Freser isə EHF nümayəndəsi olacaq. 

Qeyd edək ki, ABU ötən mövsüm “Çelenc Cup”da mübarizəni 1/8 finalda digər Serbiya klubu “Millenium”a uduzmaqla dayandırıb.