Bu günə xəbərlərin oxunma sayı: 949
— 21.04.2017 16:26

Gəncədə "Milli Mədəniyyət Festivalı" start götürüb

KepezTV Player

Festival "Gəncə - 2017 MDB Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

"Milli Mədəniyyət Festivalı" Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı, Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə reallaşır. Şəhərin əksər məktəbliləri müsabiqə xarakteri daşıyan layihədə Mahnı", "Şeir", "Natiqlik", "Rəms" və "Rəqs" nominasiyaları üzrə yarışırlar. İlk mərhələdə şagirdlər öz ifaçılıq qabiliyyətlərini nümayiş etdiriblər.

Mövlüd Zalı- iştirakçı: "Belə müsabiqələrin təşkili çox yaxşıdır. Səhnədə ifa edəcəyim mahnı Elza İbrahimovanın repertuarından "Gəl barışaq" mahnısıdır. Vokal-estrada janrında mahnılar ifa edirəm. Çox həyəcanlıyam".

Cavidan İsayev- iştirakçı: "Bu cür yarışlarda iştirak, təcrübə deməkdir. İştirak etməklə təcrübə qazanırıq. Mən musiqisi Emin Sabitoğlu, sözləri isə Nəbi Xəzriyə məxsus olan "Sən olmuşam" mahnısını ifa edəcəm".

Digər nominasiyalar isə iyun ayının 1-dək, müxtəlif tarixlərdə təşkil olunacaq. Hər nominasiya üzrə 5 istedadlı şagird seçilərək və 1 iyun ərəfəsində baş tutacaq festivalda iştirak hüququ qazanacaq.

Nəzrin Allahverdiyeva -layihə rəhbəri: "Layihənin məqsədi istedadlı uşaqların üzə çıxarılması, onlar arasında dostluq münasibətlərinin qurulmasına təkan verməkdir".

Qaliblər sertifikatlarla təltif olunacaqlar.

Gülnar Fazilqızı