Bu günə xəbərlərin oxunma sayı: 949
— 21.04.2017 15:06

Azərbaycanın qədim tarixə söykənən maddi və mədəni irsi Samux rayonunda gənclərə sərgilənib

KepezTV Player

Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan sərgidə əsasən bölgəyə aid dəmir döymə, misgərlik, taxta üzərində oyma sənəti, dulusçuluq, parça materialları üzərində tikmə, zərgərlik kimi qədim əl işləri nümayiş olunub.   

Azərbaycanın milli mədəni köklərinin əks etdirən musiqili sərgidə qədim folklor nümunələri olan bayatılar oxunub, aşıq sənətindən musiqi parçaları səslənib. Mərkəzin aktyorlarının nümayiş etdirdiyi komik tamaşa isə sərgiyə gələnlərə xoş anlar yaşadıb. Samux rayonunun Sərkar kəndində təşkil olunan sərginin rayonun bütün kəndlərində təşkil olunması nəzərdə tutulur. Məqsəd gənc nəsil arasında Azərbaycanın qədim mədəniyyətini təbliğ etmək, eləcə də maddi və mədəni nümunələri onlara göstərməkdir.
 

Şəlalə Tağıyeva- Samux rayon Mədəniyyət Mərkəzinin direktoru: “Biz bədii qiraət, mahnı, rəsm kimi sahələrdə müsabiqələr keçirəcəyik.Həmin müsabiqələrdə yer tutan gəncləri həvəsləndirmək məqsədilə mükafatlar verəcəyik. Mədəniyyət işçiləri olaraq üzərimizə düşən missiyanı çalışacağıq ki, layiqincə yerinə yetirək”.

 

Xaliq Qurbanlı