• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 04.11.2014 13:30

Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları başa çatıb

Son oyun gününə təsadüf edən "Latsio" - "Kalyari" qarşılaşması məhsuldarlığı ilə seçilib.

Oyunda ilk qol meydan sahiblərindən gəlib. 7-ci dəqiqədə Stefano Mauri cərimə meydançası daxilində yaranan qarışıqlıqdan maksimum istifadə edib. 25-ci dəqiqədə fərq iki topa yüksəlib. Miroslav Kloze qapı önünə göndərilən ötürməni bir toxunuşla tora salıb. 1 dəqiqə sonra Kloze dubl müəllifinə çevrilərək komandasının üstünlüyünü bir qədər də möhkəmləndirib. İkinci hissənin əvvəlində "Latsio" qapısında qol görüb. Edson Brafxeyd topu öz qapısına göndərərək avtoloqlla yadda qalıb. 84-cü dəqiqədə "Kalyari" romalıları növbəti dəfə mərkəzə dəvət edib. Bu dəfə Xuan Pedro Jeraldino toru silkələyib. Ancaq bu da görüşdə qapılara vurulan sonuncu qol olmayıb. Matçın sonuna əlavə olunan dəqiqələrdə Ederson yerli azarkeşləri sevindirməklə komandasının 4-cü qoluna imza atıb.4-2.

 

3 noyabr
İtaliya A Seriyası, 10-cu tur

“Çezena” – “Verona” - 1:1
Qollar: Defrel, 22 (1:0), Qomez, 77 (1:1)

"Latsio" - "Kalyari" - 4:2
Qollar: Mauri, 7 (1:0), Kloze, 25, 26 (3:0), Braafheid, 48-avtoqol (3:1), Joao, 84 (3:2), Ederson, 90+2 (4:2)

2 noyabr

“Kyevo” – “Sassuolo” - 0:0

“Sampdoriya” – “Fiorentina” - 3:1
Qollar: Palombo, 27 (1:0), Rizzo, 43 (2:0), Saviç, 45 (2:1), Eder, 78 (3:1)

“Torino” – “Atalanta” - 0:0

“Udineze” – “Genua” - 2:4
Qollar: Di Natale, 1 (1:0), Marçeze, 21 (1:1), Falke, 24 (1:2), Vidmer, 41 (2:2), Matri, 54 (2:3), Kuça, 87 (2:4) 

“Milan” – “Palermo” - 0:2
Qollar: Zapata, 23-avtoqol (0:1), Dubala, 26 (0:2)



1 noyabr

“Napoli” – “Roma” - 2:0
Qollar: İquain, 3. Kalehon, 85
 
“Empoli” – “Yuventus” - 0:2
Qollar: Pirlo, 61, Morata, 72
 
“Parma” – “İnter” - 2:0
Qollar: De Seqlie, 5; 76