• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 04.11.2014 12:32

Göygöl rayonununda kişini döyərək pulunu və telefonunu oğurlayıblar

Ötən gün axşam saatlarında Göygöl rayon ərazisində döyülmə faktı qeydə alınıb. Rayonun Balçılı kənd sakini Suliddin Kərimov ağır vəziyyətdə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib və onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb. Zərərçəkmişin yaxınlarının verdikləri məlumata görə, Suliddin Kərimovu tanımadığı 3 nəfər qarşısını kəsərək döyüb və üzərində olan pulu, həmçinin mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktı Göygöl rayon Polis şöbəsi araşdırır. Hadisəni törədən qrupun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.