Bu günə xəbərlərin oxunma sayı: 949
— 20.04.2017 16:49

Gəncədə təntənəli “Su festivalı” keçirilib

KepezTV Player

Xəzər dənizindən başlayan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti çərçivəsində Gəncədə təntənəli “Su festivalı” keçirilib. Heydər Əliyev Parkında yerləşən Amfiteatrda şəhər sakinləri Göygöldən gətirilən su səhəngini coşquyla qarşılayıb. Festivalda IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva müxtəlif mahnılar ifa edib. Daha sonra Gəncə Musiqi Kollecinin tələbələrindən ibarət "Buta" vokal ansamblının ifasında milli mahnılar səsləndirilib və "Mirvari" rəqs qrupunun çıxışları olub. Festivalda möhtəşəm su effektləri də izləyicilərə nümayiş olunub. Tədbir atəşfəşanlıqla başa çatıb. Sabah isə Şəmkir su festivalına ev sahibliyi edəcək.

Azad Rəfi