• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3031
— 03.11.2014 23:10

Daha bir sərnişin avtobusu qəzaya uğradı

Ötən gün axşam saatlarında Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun 47-ci km-liyində yol qəzası baş verib. Çələbixan qəsəbəsinin sakini İsmayilov Kamran Varasil oğlunun idarə etdiyi VAZ 21011 markalı minik avtomobili ilə Mustafayev Məmmədiyə Mustafa oğluna məxsus “Daevo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xərasətləri alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xoşbəxtlikdən avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.