• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 03.11.2014 18:21

Göyçay rayonunda fərdi yaşayış evi yanıb

Hadisə ötən gün axşam saatlarında Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 44 yaşlı Asif Əzizova məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 3 otaqlı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.