• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 03.11.2014 18:24

Bərdədə 4 evdən oğurluq edən şəxs tutulub

Ayrı-ayrı vaxtlarda Bərdə rayonunun Güloğullar kəndindəki 4 evdən oğurluq edən şəxs tutulub. Belə ki, həmin kənd sakini Ramin Seyidov Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək evindən müxtəlif əşyaların oğurlandığını bildirib. Bundan sonra, polis tərəfindən əməliyyat keçirilib və Güloğullar kənd sakini Samir Nağıyev şübhəli şəxs qismində saxlanılıb. Samir Nağıyev ilkin ifadəsində əməllərini etiraf edib. O, müxtəlif vaxtlarda evlərdən müxtəlif əşyalar, ətir və pul apardığını deyib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.​