• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 03.11.2014 18:22

Abşeron polisi dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb

Abşeron rayon polis şöbəsinin əməliyyatçıları dələduzluq etməkdə şübhəli bilinən Cəsarət Səlimovu saxlayıb. Saxlanılan şəxs ev alqı-satqısıyla məşğul olub və 2 nəfərlə əlbir olaraq insanları da bu işlə aldadıb.

Biləcəri qəsəbəsində yaşayan 34 yaşlı Cəsarət Səlimov 102 xidmətinə daxil olan məlumat əsasında saxlanılıb. İşin araşdırılması ilə məşğul olan Abşeron rayon polis şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin verdiyi məlumata görə, Cəsarət Səlimov ev alqı- satqısı ilə məşğul olan Rüfət Əhmədov və İradə İbadova ilə əlbir olaraq Xırdalan şəhərində yerləşən evini satmaq adı ilə bir neçə nəfərin pulunu mənimsəyib.

Abşeron rayon Polis Şöbəsinin əməliyyatçıları dələduzluqda şübhəli bilinən Rüfət Əhmədovla İradə İbadovanı məsuliyyətə cəlb etsə də Cəsarət Səlimovu yaxalaya bilməyib. Əməliyyat axtarış tədbirləri nəticəsində Cəsarət Səlimov da saxlanılıb.  O, əməliyatçıları günahsız olduğunu inandırmağa çalışıb. Səlimov deyir ki, zərərçəkmişlərin pulunu ondan əvvəl həbs olunan İradə və Rüfət mənimsəyib.

İstintaqa ifadə verən zərərçəkmişlər alqı- satqı prosesində Cəsarət Səlimovun da iştirak etdiyini bildiriblər. Kimin oğru kimin doğru olmasını istintaq müəyyənləşdirəcək. Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon Polis Şöbəsində araşdırmalar davam edir.