• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 03.11.2014 17:09

Gəncəli idmançılar daha bir mötəbər yarışdan Nizami yurduna medallarla dönüblər

Bu dəfə cüdoçular Türkiyədə düzənlənən yarışda uğurlu çıxışla yadda qalıblar. 1 saylı UGİM-in yetirmələri qardaş ölkənin Samsun şəhərində keçirilən yeniyetmə və kadetlər arasında beynəlxalq turnirdə mübarizə aparıblar. Yarışda 3 yaş qrupu üzrə 300-ə yaxın tatami ustası iştirak edib. Türkiyəyə məşqçi Araz Muxtarovun rəhbərliyi altında yığmanın tərkibində 8 nəfərlik heyətlə yollanan cüdoçulardan 6-sı mükafatçılar sırasına düşməyi bacarıb. Əldə olunan medallardan 4-ü qızıl, 1-i gümüş, 1-i isə bürünc olub. Həmyerlilərimizdən 30 kq-da Namiq Nadirli, 38-də Elçin İbrahimov, 55 kq çəkidə Ehtiram Rəfizadə və 66-da Elnur Qənbərov fəxri kürsüdə ilk pilləyə qalxıb. Beynəlxalq yarışda komandamıza gümüş medalı 30 kq-da çıxış edən Həsən Abbasov qazandırıb. 1 saylı UGİM-in digər yetirməsi 46 kq çəki dərəcəsində qüvvəsini sınayan Nihat Sultanlı isə turnirdə üçüncülüklə kifayətlənib.

Qarşıda UGİM cüdoçularını gələn ay keçiriləcək Azərbaycan birinciliyi gözləyir.

Orxan Cəfərzadə