• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3491
— 03.11.2014 16:07

Samuxlu fermerlərin yetişdirdiyi günəbaxan tumları öz keyfiyyəti ilə seçilir

Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının standartlara uyğun qablaşdırılması həmin məhsulların satış imkanları üçün yaşıl işıq rolunu oynayır. Samuxlu fermerlərin yetişdirdiyi günəbaxan tumları üçün isə sözügedən imkan real görünür.

Samux rayon günəbaxan tumunun qablaşdırma müəssisəsi əsasən yerli xammala üstünlük verir. Çünki məqsəd məhz regionda istehsal olunan məhsulun bazara çıxarılmasını və rəqabətə davam gətirməsini təmin etməkdir.

Pərvanə Əbdülrəhmanova -nəzarətçi: “Müəssisəmiz artıq 8 ildir ki, fəaliyyət göstərir. İşçilərimizin sayı 39 nəfərdən artıqdır. Əsas məhsulun təmizliyinə diqqət yetiririk. Yuyulur, qovrulur, qablaşdırılır -belə istehsal edilir”.

Məhsula insan əli ilkin prosesdə -xammal təmizlənən zaman toxunulur. Sonrakı proseslər 4 mərhələdən ibarət olaraq insan əli dəymədən həyata keçirilir.

İşçilərin çoxunu qadınlar təşkil etməklə iki növbəli iş sistemilə fəaliyyət göstərən emal müəssisəsində əsas iş Rusiyadan gətirilmiş 3 yuyucu, 9 qovurucu və 4 qablaşdırma qurğularının üzərinə düşür. Qablaşdırılan məhsulların satışı Gəncə və Şəmkirlə yanaşı paytaxt Bakıda da həyata keçirilir.