• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4725
— 03.11.2014 12:24

Tovuzda taxıl səpininə başlanıb

Son günlər havaların yağıntılı keçməsi səpində fasilə yaratsa da fermerlər yenidən təsərrüfat işlərinə başlayıblar. Rayonda fermerlərin təsərrüfatın bu sahəsinə olan marağı da artıb. Bu, yeni texnikaların tətbiqi ilə əlaqədardır.

Tovuzlu fermerlər bu payız 10 min hektar sahədə taxıl əkməyi planlaşdırıblar. Bunun üçün bölgədə yüksək reproduksiyalı toxum, eləcə də texnikalar kifayət qədərdir. Hazırda səpin işlərinə 120 texnika cəlb olunub ki,  onlardan da 40-ı yeni alınıb.

Səpin işi yekunlaşdıqdan sonra fermerlər sahələrin suvarılmasına  başlayacaq. Torpaq istifadəçiləri sahələrdən daha səmərəli istifadə etmək üçün növbəli əkin sistemini tətbiq edəcəklər.

Rahim İbrahimoğlu