• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 03.11.2014 12:14

Tovuzda satış mərkəzi içərisindəki ərzaq malları ilə birgə külə dönüb

Güclü yağış ötən gecə Tovuzda mağazanın alovlanmasına mane ola bilməyib. Satış mərkəzi içərisindəki ərzaq malları ilə birgə külə dönüb. Hadisə Tovuzun Yuxarı Öysüzlü kəndində Qədir Fərəcova məxsus marketdə baş verib. Zərərçəkənin sözlərinə görə, onlar mağazanı bağlayıb evə getdikdən sonra obyekt alovlanıb. Kənddə işıqlar söndüyündən yanğının elektrik naqillərində yaranan qısaqapanmadan törəməsi fərziyyəsi sıfıra enib. Mağaza sahibi ona təxminən 22 min manatlıq ziyanın dəydiyini deyir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da ümumi sahəsi 55 kvm olan qarışıq mallar mağazasının içərisindəki bütün mallar məhv olub.  Gecə saatlarında qeydə alınan yanğın hadisəsinin baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.