• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 03.11.2014 11:45

Futbol üzrə İspaniya La Liqasında 10-cu turun görüşləri oynanılır

 "Real Madrid"in böyükhesabla qələbə qazandığı turda "Barselona" gözlənilmədən evdə uduzub.

"Qranada" - "Real Madrid" oyunu erkən qolla start götürüb. 2-ci dəqiqədə Kriştiano Ronaldo qüvvətli zərbə ilə rəqib torunu silkələyib. İlk yarım saatın tamamında fərq iki topa yüksəlib. Xames Rodriqes mükəmməl vuruşla yerli azarkeşlərin kefini növbəti dəfə pozub. 54-cü dəqiqədə Kərim Benzema rəqibi yenidən məyus edib. Fransalı hücumçu qolkiperlə dueldən qalib ayrılıb.  Final fitinə 4 dəqiqə qalmış dubl müəllifinə çevrilən Xames Rodriqes paytaxt klubunun 4-cü qoluna imza atıb.

"Barselona" - "Selta" görüşü sürpriz nəticəylə yadda qalıb. Oyunun aşkar favoriti hesab olunan katalonlar doğma meydanda rəqibə minimal hesabla uduzub. Görüşdə yeganə dəqiq zərbə 55-ci dəqiqədə Xoakin Larivveyin ayağına yazılıb.

Eyni hesab "Atletik Bilbao" - "Sevilya" qarşılaşmasında da qeydə alınıb. Meydan sahiblərinin qələbəsi ilə sonuçlanan görüşdə yeganə qol 13-cü dəqiqədə Aritz Adurizdən gəlib. Futbolçu baxımlı zərbə ilə komandasına 3 xal qazandırıb.