• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1554
— 03.11.2014 11:42

Daşkənddə FİDE-nin Qran-Pri turnirinin 2-ci mərhələsinə yekun vurulub

Sonuncu – 11-ci turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov qara fiqurlarla Baadur Cobavaya qarşı oynayıb. Gürcü rəqibinə qarşı görüşdə Məmmədyarov yarımxalla kifayətlənib. Teymur Rəcəbov isə ağ fiqurlarla Baris Qelfandla heç-heçə edib. Yarışda 6,5 xal toplayan və ikinci yeri tutan Şəhriyar Qran-Prinin qalibi olan Dmirti Andreykindən yarımxal geri qalıb. Aktivinə 5,5 xal yazmağı bacaran Teymur 12 şahmatçı arasında 8-ci göstəriciyə nail olub. Bu nəticələrlə FİDE-nin ümumi sıralamasında Məmmədyarov 6-cı, Rəcəbov 7-ci pillədə qərarlaşıb.