• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3572
— 03.11.2014 00:22

Gəncədə 17 yaşlı piyada vurulub

Gəncənin Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Belə ki, şəhər sakini Mehman Rzayev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. 17 yaşlı gəncə tibbi yardım göstərilib və vəziyyəti normal olduğu üçün palataya köçürülüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.