Bu günə xəbərlərin oxunma sayı: 670
— 12.03.2017 15:52

Aran bölgəsində pambıq əkini üçün yaz- tarla işləri görülür

Hazırda çiyid səpiləcək bəzi sahələrdə arat işləri aparılır. İmişlidən olan fermer Səxavət İsmayılovun sözlərinə görə,  tarlalarından bol məhsul götürmək üçün torpağın arat olunması olduqca vacibdir.

Səxavət İsmayılov deyir ki, hava şəraiti əlverişli keçərsə aprel ayının 15-dək çiyid səpinini yekunlaşdırmağı planlaşdırırlar. Fermerin sözlərinə görə, erkən əkilən pambıq sahələrini ziyanvericilərdən qorumaq da asan olur.

Taxıl əkilən sahələrindəki bitiş isə təsərrüfatçıları qane edir. Səxavət İsmayılovun sözlərinə görə, taxıl əkən fermerlər gələcəkdə sahələrdən bol məhsul götürmək üçün aqrotexniki işləri vaxtında yerinə yetirirlər. İlk növbədə suvarmaya üstünlük verirlər.

Səxavət İsmayılov-fermer: “Bu günləri taxıl əkinlərində ən yüksək məhsulu götürmək üçün bunun suvarılması vacibdir ki, o suvarılmanı tutmaq lazımdır. İndi bu dəqiqənin özündə təcili suvarmaq lazımdır ki, bitkilər kök sistemini inkişaf elətdirsin və gələcəkdə bizə lazım olan məhsulu versin”.

Taxıl sahələrində məhsuldarlığın artırılmasında gübrələmə də əhəmiyyətli hesab olunur. Fermerlər yaz tarla işlərini başa çatdırmaqla daha çox məhsul əldə etməyi poqnozlaşdırırlar.

Elmir Həsənov