Bu günə xəbərlərin oxunma sayı: 833
— 11.03.2017 10:36

Həsən Göyçəlinin “Ömür Yanğını”...

KepezTV Player

 “Ömür Yanğını”. Prezident təqaüdçüsü Həsən Göyçəlinin işıq üzü görən kitabı belə adlanır. Yazarın sayca 14-cü olan nəşrinin təqdimatı Gəncə Kitab Evində baş tutub. Şəhərin ədəbi mühiti kitabda müqəddəs torpağa bağlılıq, poetik duyum, səmimiyyətin əsas yer tutmasına diqqət çəkiblər. Eyni zamanda kitabda aşıq üslubunda olan bütün şeir formaları qoşma, gəraylı, təcnis yer alıb.

Həsən Göyçəli- Prezident təqaüdçüsü: “Nə qədər ki, mənim kitablarım çıxır mən təmənnasız olaraq iyirmi dənəsini Türkiyə göndərirəm, on dənəsini Azərbaycan Yazıçılar Birliyinə təqdim edirəm və Azərbaycan Axundov kitabxanasına hədiyyə verirəm. Mənim kitabım yazıçı dostlarım tərəfindən böyük maraqla qarşılandı. Ona görə də mən onlara böyük minnətdarlığımı bildirirəm. Həmçinin Xəzəngül xanıma, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə öz dərin təşəkkürümü bildirirəm”.

Şairin qələm dostları “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatçısı olan Həsən Göyçəliyə yaradıcılıq uğurları arzulayıblar. Şairin sözlərinə bəstələnən mahnıların aşıqlar tərəfindən ifası maraqla qarşılanıb.

Mehman Abbaszadə