• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2648
— 02.11.2014 16:02

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası start götürüb

2014/2015 mövsümünün açılış matçında son ölkə çempionu “Rabitə” və “Azərreyl” üz-üzə gəlib. 

Qarşılaşma gözlənildiyi kimi, “rabitə”çilərin üstünlüyü şəraitində keçib. Dejan Brdjoviçin komandası ilk setdə 25:20 hesablı qələbə qazanıb. Növbəti iki setdə də rəqibinə  güzəştə getməyən son çempion mövsümə 3 xalla başlayıb. 

“Rabitə” – “Azərreyl”  - 3:0 (25:20, 25:22, 25:22)
“Gənclik” Olimpiya İdman Kompleksi

Bu gün ikinci matç günündə “Azəryol” “Lokomotiv”lə üz-üzə gələcək.

 Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.