• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 02.11.2014 16:04

Kişi basketbolçular arasında 22-ci Azərbaycan çempionatına start verilib

8 komandanın iştirak etdiyi çempionatın oyunları "The Club Port Baku"nun idman zalında keçirilir.

İlk turun açılış oyunu yarışın debütantları olan – “Bakı” ilə “Dərviş” arasında reallaşıb. Bərabər səviyyəli klubların qarşıdurmasında ikincilər qalib gəlib. 46:53

Bu ildən yenidən çempionata qatılmağa qərar verən NTD Bakı Dövlət Universitenin basketbolçularını böyük hesablı fərqlə məğlub edib. Şirkət komandasının hücumlarının qarşısını almaqda çətinlik çəkən tələbələr 74:45 hesabı ilə uduzublar.

Yarışın daha bir debütantı olan Baku Oylers AzTOP-a layiqli müqavimət göstərib. Amma təcrübəli rəqiblə oyun neftçilər üçün yenilgi ilə yekunlaşıb. 52:59
1-ci turun son oyununda son çempion “Qala” və yenidən elitaya qayıdan “Araz Naxçıvan”ı sınağa çəkib. Əzəli rəqiblərin dueli əvvəlki illərdən fərqli olaraq bu dəfə gərgin alınmayıb. Muxtar Respublika təmsilçisinin zəifləməsi fonunda görüş Qalanın böyük üstünlüyü şəraitində keçib və bu hesabda da özünü göstərib. 97:20

Çempionatda ikinci turun görüşləri noyabrın 8-də keçiriləcək.