• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 02.11.2014 16:11

Bu gün Premyer Liqada XI turun qarşılaşmalarına start veriləcək

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində klublar son matçlarına çıxacaqlar. 

Eyni gündə baş tutacaq bütün qarşılaşmalar Qəbələdə start götürəcək. Fasiləyə lider kimi yollanmaq iddiasında olan “Qəbələ” “Bakı”nı qəbul edəcək.

Günün ikinci oyununda zirvə savaşında mübarizə aparan, son 4 görüşdə qolsuz heç-heçə edən “İnter” səfərdə ardıcıl 5 məğlubiyyətlə mövsümün antirekorduna şərik olan “Sumqayıt”ın qonağı olacaq.  

İlk pillədən 1 xal uzaqda olan “Neftçi” paytaxt derbisində AZAL-ı sınağa çəkəcək.

Liderlə autsayderin matçı isə tura yekun vuracaq. Vahid liderliyini qorumaq iddiasında olan “Qarabağ” 8 turdu qələbə nə olduğunu bilməyən “Araz-Naxçıvan” səddini keçməyə çalışacaq.

Qeyd edək ki, bu matçlardan sonra Premyer Liqada yaranacaq fasilə noyabrın 19-da bitəcək.

 

XI tur

2 noyabr (bazar)

15:30. “Qəbələ” – “Bakı”

I dövrədəki oyun – 2:0

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov

Qəbələ şəhər stadionu

 

16:00. “Sumqayıt” – “İnter”

I dövrədəki oyun – 1:5

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov

“Kapital Bank Arena” stadionu

 

17:00. “Xəzər Lənkəran” – “Simurq”

I dövrədəki oyun – 0:2

Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev

Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Elvin Əsgərov

"Xəzər Lənkəran" mərkəzi stadionu

 

17:15. “Neftçi” – AZAL

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov

 “Bakcell Arena”

 

19:30. “Qarabağ” – “Araz Naxçıvan”

Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov

Tofiq Bəhramov adına Respublika stadionu