• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3498
— 02.11.2014 15:04

Tovuzda əhali motorollerlərdən istifadəyə geniş yer verir

Bölgələrdə bazar yüklərinin daşınmasında motorollerlərdən istifadə olunur. Elə kəndlərdən də rayona getmək üçün bu nəqliyyat vasitəsinə üz tutanların sayı az deyil. Tovuzda demək olar ki, tez-tez gözən dəyən bu nəqliyyat vasitəsi adətən bazarların qarşısında dayanaraq müştərilərini gözləyir.

Uzun illərdir motoroller idarə edən Tovuz sakini deyir ki, yağışlı havalarda onu idarə etməkdə çətinlik çəkmir. Çünki, nəqliyyat vasitəsinə xüsusi kabina düzəldərək yağışdan və soyuqdan da qorunmaq mümkündür.  Sürücülər deyir ki, daha çox onlara bazara gələnlər yüklərinin daşınması üçün müraciət edirlər. Gün ərzində qazancları isə 5-7 manat arasında dəyişir.

Rusiyada istehsal edilən bu nəqliyyat vasitəsi 400 kq-a qədər yükgötürmə qabiliyyətinə malikdir. Sürəti saatda 60 km-ə çatan motorollerlər yanacaq sərfiyyatına görə də rayon sakinlərinə sərf edir və ən əsası onları yolda qoymur.

Rahim İbrahimoğlu