• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2924
— 01.11.2014 15:43

YAP Gəncə şəhər təşkilatında “Sosial Şəbəkələrdə Sağlam Gənclik Uğrunda” adlı tədbir təşkil olunub

Tədbirdə Gəncədə yerləşən universitet və kolleclərin tələbələri iştirak ediblər.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil olunan layihədə sosial şəbəkələrin kommunikasiya, elmi- tədqiqat, informasiya əldə etmək, özünüifadə azadlığının reallaşması kimi imkanları ilə yanaşı, hərbi sirrin yayılması, zərərli ideyalar və spamların yayılması, ədəbi dil normalarının pozulması, kibercinayətkarlıq və bu kimi bir çox problemlər müzakirə edilib. Hədəfin problemlərdən doğan pis nəticə deyil, imkanların yaratdığı müsbətləri qabartmaq olduğu diqqətə çatdırılıb.

Şahzadə Mədətova- layihə rəhbəri: “Məqsədimiz sosial şəbəkələrdən gənclərin səmərəli və düzgün istifadəsidir. Müsbət tərəfdən gənclərin maarifləndirilməsidir. Buna görə də yaxın mənada təbliğat genişləndirilməlidir”.

Dövlət siyasətinin əsas hədəflərindən biri də 2020-ci ilə qədər Azərbaycanda informasiya cəmiyyətinin qurulmasıdır. Belə layihələrin gerçəkləşməsi də məhz həmin siyasətin nəticəsidir - bu fikirlər İKT mütəxəssisləri tərəfindən çatdırılıb. “Sosial Şəbəkələrdə Sağlam Gənclik” layihəsinin icrasına paytaxtdan başlanılıb və Gəncədən öncə Şəki, Göyçay, Kürdəmir rayonlarında da bu cür tədbirlər təşkil olunub.

Zülfiyyə Telmanqızı