• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 01.11.2014 15:42

Arıçılıqda bəzi xəstəliklərin qarşısını alan yeni dərmanlar hazırlanıb

Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində yaradılan “Arıçılıq Elmi-Tədqiqat Laboratoriyası”nda bəzi xəstəliklərin qarşısını alan yeni dərmanlar hazırlanıb. İnstitutdan verilən məlumata görə, məhz bu preparatlar hesabına ümumilikdə, ölkədə arıçılığın inkişafında bir sıra nailiyyətlər əldə olunacaq. Burada istər Azərbaycanda, istərsə də dünyada digər arı növləri ilə müqayisədə üstün sayılan Qabaqtəpə arı növünün çoxaldılmasına xüsusi diqqət yetirilir. Tədqiqatlar da əsasən, bu arı növünün üzərində aparılır. Hazırda laboratoriyada 6 elmi işçi, 4 laborant, 1 elmlər doktoru və 1 fəlsəfə doktoru fəaliyyət göstərir.

Rafael Səlimov –laboratoriya müdiri: “Məsələ burasındadır ki, arı xəstəliyi üçün kombin olunmuş aptek yoxdur ki, arıçı getsin alsın. Ancaq institutumuzun nəzdində arılar saxlanılır, şükürlər olsun, onlarda vəziyyət yaxşıdır, xəstəlik yoxdur, çünki lazım olan dərmanlar hazırlayırıq”.