• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 01.11.2014 15:41

Gəncədə dövlət rüsumunu ödəmədən qanunsuz fəaliyyət göstərən taksilərə qarşı reyd keçirilib

Dövlət Avtomobil xidmətinin Gəncə Regional şöbəsinin əməkdaşları şəhərdə  dövlət rüsumunu ödəmədən qanunsuz fəaliyyət göstərən taksilərə qarşı reyd keçirib. Qaydalara əməl etməyən 10 nəfər sürücüyə qarşı cərimə tətbiq edilib.

Aparılan mübarizə tədbirlərinə baxmayaraq Gəncədə taksi sürücülərini dövlət rüsumuna cəlb etmək tam mümkün olmur. Bu məqsədlə  keçirilən növbəti reyd  təxminən iki saat davam edib. Reyd zamanı fərqlənmə nişanı olmayan və fərqlənmə nişanının  vaxtı ötən  sürücülər xüsusu ilə diqqət çəkib.

Oktay Məmmədov- Dövlət Avtomobil Xidmətinin Gəncə Regional şöbəsinin  şöbə rəisi: “Edilən bütün xəbərdarlıqlara baxmayaraq Gəncədə taksiləri dövlət rüsumuna cəlb etmək mümkün olmur. Buna baxmayaraq biz işimizi günün tələbləri səviyyəsində qurub onları cəlb etməyə çalışırıq. Təkcə bir ay ərzində 710 sürücünü fərqlənmə nişanına cəlb etmişik. 250 sürücüyə inzibati protokol tərtib edilib”.

Reyd zamanı 10 nəfər sürücüyə cərimə tətbiq edilib. Gəncə şəhərində ümumilikdə 1900 nəfər taksi fəaliyyəti ilə məşğul olur.

İlham Məmmədzadə